media-22b9dc2e-1dae-4c73-9137-b31d5617472a

Ankarada azyaşlının idarə etdiyi traktor 79 yaşlı qadını vurub.

Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, hadisə Çubuk rayonunun Yeşilkent məhəlləsində gecə saatlarında baş verib.14 yaşlı yeniyetmə yüklü traktorla yoldan keçən 79 yaşlı qadını vuraraq öldürüb.

Hadisəni törətdikdən sonra sözügedən yeniyetmə ərazidən uzaqlaşıb.

Qeyd edək ki, hadisə ilə bağlı istintaq başladılıb. Hadisə yerindən qaçan sürücünün tutulması üçün isə jandarma əməliyyata başlayıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər