Bu ölkə hava məkanını mülki uçuşlara bağladı
Suriya bölgədə artan qarşıdurmalar səbəbilə hava məkanını sabah saat 05:00-a qədər uçuşlara bağlamaq qərarını açıqlayıb.
Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail və İran arasında qarşılıqlı hava hücumları davam etdiyi bir vaxtda, Suriya hava məkanını müvəqqəti olaraq bağlayıb.
Suriya Mülki Aviasiya Baş İdarəsi (GACA) hava məkanının sabah yerli saatla 05:00-a qədər mülki uçuşlara bağlandığını elan edib. Qurumun açıqlamasında texniki və inzibati qrupların vəziyyəti daim izlədiyi vurğulanıb.
Ləman Sərraf