media-89e4c2e1-db8d-4cff-a5a5-88c060042831

Almaniya Ukraynaya “Taurus” raketləri göndərir.

Patrulaz.az “Yahoo” ya istinadən xəbər verir ki, Almaniyanın kansleri Fridrix Mer Rusiyanın Sumi şəhərinə hücumundan sonra Ukraynaya “Taurus” uzaqmənzilli raketlərinin göndərilməsinə razı olduğunu bildirib. Merz Ukraynanın Almaniyadan uzunmənzilli raketlərlə bağlı təkrar müraciətinə cavab olaraq qeyd edib ki, bu cür addım yalnız digər Avropa müttəfiqləri ilə razılaşdırılarsa həyata keçirilə bilər:
“Avropalı tərəfdaşlarımız artıq qanadlı raketlər tədarük edirlər. Britaniyalılar bunu edir, fransızlar bunu edir və hər halda amerikalılar bunu edir. Əgər razılaşdırılarsa, Almaniya da iştirak etməlidir,” – deyə Merz bildirib.

Xatırladaq ki, aprelin 13-də baş verən hücum nəticəsində Ukraynanım Sumi şəhərində azı 34 nəfər həyatını itirib, 100-dən çox insan yaralanıb.
Həmçinin Fridrix Merz bu hücumu “ciddi müharibə cinayəti” kimi qiymətləndirib.

Qeyd edək ki, “Taurus” raketləri 310 mildən çox məsafəni qət edə bilir və bu, onları Qərbin daha əvvəl təmin etdiyi Storm Shadow və ATACMS raketlərindən daha uzaqmənzilli silaha çevirir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər