COVİD-19 təhlükəsi: Maska yenidən məcburi oldu
Banqladeşin keçici hökuməti, qonşu ölkələrdə COVID-19 hallarında artım müşahidə olunduğuna görə, vətəndaşlarına zəruri olmadığı halda bu ölkələrə səyahət etməməyi tövsiyə edib.
Patrulaz.az Xinhua agentliyinə istinadən xəbər verir ki, Banqladeşin Səhiyyə Nazirliyinə tabe olan Səhiyyə Xidmətləri Baş İdarəsi (DGHS) bu barədə yazılı açıqlama yayıb.
Açıqlamada bildirilir ki, virusun yeni alt variantları bəzi qonşu ölkələrdə yayılmaqdadır və yoluxma riskinə qarşı beynəlxalq quru, dəniz və hava nəqliyyatı giriş-çıxış məntəqələrində tibbi yoxlamalar və nəzarət tədbirləri gücləndiriləcək.
Həm Banqladeşə gələn, həm də Banqladeşdən bu ölkələrə səfər edən şəxslər üçün nəzarətin artırılmasının vacibliyi vurğulanıb. Həmçinin əhaliyə ticarət mərkəzləri, ictimai tədbirlər və restoranlar kimi izdihamlı yerlərdə maska taxmağın məcburi olduğu xatırladılıb.
Ləman Sərraf