media-img-20250612-wa0001

ABŞ Prezidenti Donald Tramp bu dəfə siyasi bəyanatları ilə deyil, şalvarının balağındakı qəribə detallarla gündəmə gəlib. 

Patrulaz.az “Milliyet”ə istinadən xəbər verir ki, Ağ Ev bağında çəkilən fotolarda Trampın sol dizinin bir qədər aşağısında nəzərə çarpan bir şişlik və ya boru izi olduğu görünür.

Sosial şəbəkələrdə sürətlə yayılan bu görüntülər Trampın səhhəti ilə bağlı yeni müzakirələrə səbəb olub. Fotolarda onun şalvarının altından keçən və diz səviyyəsində daha da nəzərə çarpan incə bir xətt bir çox istifadəçi tərəfindən “kateter borusu” kimi şərh edilib.

Bəzi sosial media istifadəçiləri bunun “Foley kateteri” olduğunu və Trampın yaşla bağlı sidik kisəsini boşaltma problemi yaşadığı üçün istifadə olunduğunu irəli sürüblər. Hətta bir sıra istifadəçilər bu ehtimalı dəstəkləmək məqsədilə, idrar torbasının ayağa necə bərkidildiyini göstərən vizual sxemlər paylaşaraq fərziyyələrini gücləndirməyə çalışıblar.

Həkimlərin şərhinə görə, Foley kateterləri adətən sidik ifrazı ilə bağlı problemlər yaşayan insanlara, xüsusən də sinir sistemi zədələnmələri olan şəxslərə tətbiq olunur.

Bəzi izləyicilər isə Trampın keçmişdə iddia edilən nevroloji problemlərinə istinad edərək bu detalı “sağlamlığı getdikcə pisləşir” kimi dəyərləndiriblər.

Digər bir qrup isə bu detala daha fərqli yanaşaraq, ayağındakı izlərin ayaq biləyi dəstəyi və ya ortopedik cihaz (ortez) ola biləcəyini irəli sürüblər. Trampın zaman-zaman tarazlığını itirməsi, 2020-ci ildən bəri kameralara yansıyan yerişindəki dəyişikliklər və son dövrlərdə bəzi çıxışlarındakı fərqliliklər bu fərziyyəni dəstəkləyən arqumentlər kimi təqdim olunur. Hətta bir neçə gün əvvəl təyyarəyə minərkən büdrəməsi də bu ehtimalları gücləndirib.

Ləman Sərraf


Bənzər xəbərlər