media-img-20250709-wa0006-1

Cənubi Koreyada güclü istilər davam edir və 15 may tarixindən bəri 7 nəfər istidən həyatını itirib.

Patrulaz.az “Yonhap” xəbər agentliyinə istinadən məlumat verir ki, Cənubi Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Agentliyi (KDCA) 15 may tarixindən bəri 1228 nəfərin günvurma şikayəti ilə xəstəxanaya müraciət etdiyini bildirib.

Açıqlamada qeyd olunub ki, may ayının ortalarından etibarən 7 nəfər güclü istinin yaratdığı sağlamlıq problemləri səbəbindən dünyasını dəyişib. Ötən il eyni dövrdə isə bu səbəbdən ölənlərin sayı 3 nəfər idi.

Qurumun verdiyi məlumata görə, təkcə dünən 238 nəfər isti ilə əlaqəli simptomlarla təcili yardım şöbələrinə müraciət edib.

Dünən Cənubi Koreyanın Paju şəhərində hava temperaturu 40,1 dərəcəyə, Gwangmyeong şəhərində isə 40,2 dərəcəyə qədər yüksəlib.

Bu məlumatlar istilərin ölkədə nə qədər ciddi təhlükə yaratdığını bir daha göstərir.

Ləman Sərraf


Bənzər xəbərlər