İlon Mask peşmanlığını etiraf etdi
Amerikalı milyarder iş adamı İlon Mask, son günlərdə gərginlik yaşadığı ABŞ Prezidenti Donald Tramp ilə bağlı bəzi paylaşımlarından peşman olduğunu bildirib.
Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, Mask, Trampla aralarındakı son gərginliklə əlaqədar olaraq “X” sosial şəbəkəsində paylaşım edib. O, “Tramp haqqında etdiyim bəzi paylaşımlardan peşmanam” sözlərini qeyd edərək, həmin paylaşımlarda “həddindən artıq irəli getdiyini” etiraf edib.
Bu açıqlama, Mask və Tramp arasında son günlərdə ictimai müstəviyə çıxan qarşılıqlı tənqidlər fonunda gəlib. Maskın peşmanlıq ifadəsi, həm media, həm də izləyiciləri arasında geniş rezonans doğurub.
Ləman Sərraf