media-inshot_20250613_110016116

Anadolu rok və pop musiqisinin öncül isimlərindən biri olan Barış Mançonun Belçikada yaşadığı illərdə istifadə etdiyi avtomobili artıq Marmara Park Ticarət Mərkəzində sərgilənir.

Patrulaz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mançonun 1991-ci il istehsalı olan qırmızı rəngli “Honda Prelude” markalı avtomobili uzunmüddətli bərpa prosesindən sonra ilk dəfə ictimaiyyətə təqdim olunur.

Belçikanın Liej şəhərində illərlə bir anbarda saxlanılan avtomobil 14 iyun tarixinədək ticarət mərkəzində nümayiş etdiriləcək.

Avtomobilin təqdimat mərasimində çıxış edən sənətkarın oğlu Doğukan Manço, avtomobilin Türkiyəyə gətirilməsinin həm vəfa, həm də uğur hekayəsi olduğunu qeyd edərək bunları söyləyib:
“Təxminən 2 ildir ailəvi olaraq Barış Mançonun Belçikadakı avtomobilinin izinə düşmüşük. Əslində bu avtomobili gətirmək üçün 20 ildir çalışırıq. Bu müddət ərzində çoxsaylı maneələrlə üzləşmişik”.

Ləman Sərraf 


Bənzər xəbərlər