Meymun çiçəyi virusuna yoluxanların sayı 79-a çatıb
Qərbi Afrika ölkələrindən olan Qanada 34 yeni meymun çiçəyi (mpox) halı aşkar edilib.
Patrulaz.az-ın xəbərinə görə, Qana Səhiyyə Xidmətinin (GHS) yaydığı açıqlamada bildirilib ki, ölkənin 10 bölgəsində 34 yeni meymun çiçəyi halı qeydə alınıb və bununla da ümumi yoluxma sayı 79-a çatıb.
Açıqlamada qeyd olunub ki, virus səbəbilə 4 nəfər xəstəxanada müalicə alır və onlarla təmasda olan şəxslərin müşahidəsi davam etdirilir. Ölkə miqyasında nəzarət və müşahidə tədbirlərinin gücləndirildiyi vurğulanıb.
Səhiyyə qurumu əhaliyə müraciət edərək, səpkilər, qızdırma, limfa düyünlərində şişkinlik və əzələ ağrısı kimi əlamətlər hiss etdikləri təqdirdə, dərhal yaxınlıqdakı səhiyyə müəssisəsinə müraciət etmələrini tövsiyə edib.
Qana hökuməti bu il ilk dəfə 19 may tarixində 4 nəfərdə meymun çiçəyi virusunun aşkarlanması ilə bağlı məlumat vermişdi.
Ləman Sərraf