media-img-20250611-wa0009

Suriya hökuməti qadınların ictimai çimərliklərdə burkini və ya bütün bədəni örtən mayo geyinməsini tələb edən yeni geyim qaydaları elan edib.

Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, Turizm Nazirliyi bu qərarın “ictimai mənafeyin tələblərinə uyğun olaraq” qəbul edildiyini bildirib. Nazir Mazen əl-Salhani “Facebook”da yaydığı göstərişdə, “İstər turist, istərsə də yerli olsun, ictimai çimərlikləri və hovuzları ziyarət edənlərin cəmiyyətin müxtəlif təbəqələrinin həssaslığını nəzərə alaraq uyğun geyimlər geyinməsi vacibdir”, – deyə qeyd edib.

Göstərişdə bildirilir ki, “İctimai çimərliklərdə və hovuzlarda daha örtücü mayolar (burkini və ya bədəni daha çox örtən digər mayolar) geyinmək tələb olunur. Çimərliklə digər məkanlar arasında hərəkət edərkən, mayonun üzərinə çimərlik örtüyü və ya qadınlar üçün geniş bornoz geyinmək məcburidir”.

Yeni qaydalara əsasən, üzgüçülük sahələri, otel foyeləri və yemək verilən məkanlar istisna olmaqla, ictimai yerlərdə üstsüz gəzmək qadağandır və kişilər üçün köynək geyinmək məcburidir.

Qaydalara görə, çimərlik və hovuzlar xaricindəki ictimai məkanlarda çiyinləri və dizləri örtən geniş geyimlərə üstünlük verilməli, şəffaf və ya bədənə yapışan geyimlərdən qaçınılmalıdır.

Ləman Sərraf 


Bənzər xəbərlər