Rusiyada mərhum keçmiş nəqliyyat nazirinin yerinə başqası təyin edildi
Rusiya Prezidenti Vladimir Putin ölkənin yeni nəqliyyat nazirini təyin edib.
Patrulaz.az Rusiya KİV-ə istinadla xəbər verir ki, Dövlət Dumasının Andrey Nikitinin nəqliyyat naziri vəzifəsinə namizədliyini təsdiqləməsindən sonra dövlət başçısı onun təyinatı ilə bağlı sərəncam imzalayıb.
Sərəncamda “Andrey Sergeyeviç Nikitin Rusiya Federasiyasının nəqliyyat naziri təyin edilsin” – deyə qeyd olunub.
Qeyd edək ki, Nikitin 2024-cü ilin fevral ayından nəqliyyat nazirinin müavini vəzifəsində çalışırdı. O, 2017-ci ildən etibarən Novqorod vilayətinin qubernatoru olub və bu yaxınlarda öz istəyi ilə vəzifəsindən ayrılıb. Bundan əvvəl isə Strateji Təşəbbüslər Agentliyinə rəhbərlik edib.
Andrey Nikitin yeni vəzifəsində Roman Starovoytu əvəzləyib. Rəsmi məlumata görə, Starovoytun vəzifədən azad edilməsinin səbəbi açıqlanmayıb. Lakin iyulun 7-də Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko onun Moskva vilayətinin Odintsovo şəhərində ölü tapıldığını bildirib. Hadisə ilə bağlı istintaq aparılır, ilkin versiyaya əsasən, keçmiş nazirin intihar etdiyi ehtimal olunur.