Türkiyənin bu bölgəsində zəlzələ oldu
Türkiyənin Düzce vilayətində zəif təkanlı zəlzələ qeydə alınıb.
Patrulaz.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gecə Türkiyənin şimal-qərbində yerləşən Düzce vilayətində zəlzələ baş verib.
Bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 03:02-də qeydə alınıb. Zəlzələnin maqnitudası 3,3 bal, dərinliyi isə 17 kilometr olub.
Qeyd edək ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan tələfatı barədə məlumat verilməyib. Təkanlar əsasən yüngül şəkildə hiss olunub.
Gülbəniz Səfərova