Üçüncü Dünya Müharibəsi qapıdadırmı?
Dünyada hökm sürən müharibə və münaqişələr Üçüncü Dünya Müharibəsinin baş verə biləcəyi təhlükəsini getdikcə daha da artır.
Patrulaz.az “The Guardian”a istinadən xəbər verir ki, Böyük Britaniyanın tanınmış ictimai rəy araşdırmaları şirkəti YouGov tərəfindən aparılan sorğuya əsasən, Avropa və ABŞ-də bir çox insan yaxın 5-10 il ərzində üçüncü dünya müharibəsinin başlaya biləcəyindən narahatdır.
Sorğuda Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və İspaniyadan olan respondentlərin 41%-dən 55%-ə qədəri belə bir qlobal münaqişənin real təhlükə olduğunu düşünür. Əksəriyyət isə müharibənin nüvə silahlarının istifadəsi ilə baş tutacağını, o cümlədən də, İkinci Dünya Müharibəsindən daha çox insan itkisinə səbəb ola biləcəyini bildirib.
Ekspertlərin fikrincə, bu narahatlıq əsasən Rusiya ilə artan gərginliklə bağlıdır. Onlardan biri qeyd edib:
“Tarixin təkrarlanması qorxusu Qərb cəmiyyətlərində daha da güclənir. Xüsusilə Rusiya ilə münasibətlərdəki gərginlik bu qorxunu qidalandırır”.
Qeyd edək ki, sorğuda iştirak edənlərin çoxu İkinci Dünya Müharibəsinin məktəblərdə öyrədilməsinin vacib olduğunu vurğulayır. Onlar həmin dövrün səbəblərinin bu gün də aktual olduğunu və narsist cinayətlərinin yenidən baş vermə ehtimalını istisna etmirlər.
Gülbəniz Səfərova